525.Az

“Yeni Üfüq” İctimai Birliyinə qarşı təxribat


 

“Yeni Üfüq” İctimai Birliyinə qarşı təxribat<b style="color:red"></b> “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi internet mediada birliyə qarşı təxribatla bağlı açıqlama yayıb:

Son günlər “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin gənclər şöbəsinin rəhbəri və “Yeniufuq.az” saytının redaktoru Elvin Süleymanovun adına saxta “facebook” profilləri açılmışdır. Onu da bildirmək istəyirik ki, “yeniufuq.az” saytının redaktoru Elvin Süleymanovun adı altında açılan saxta “facebook” profilində saxtakarlıqla “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin logosundan istifadə edilmişdir. Biz bunu az bir müddətdə ölkəmizdə milli-mənəvi dəyərlərin mühafizəsi və təbliğ olunması yolunda yüksək fədakarlıqlara imza atan “Yeni Üfüq” İctimai Birliyinin nüfuzuna xələl gətirə biləcək təxribat kimi qiymətləndiririk. “Yeni Üfüq” İctimai Birliyinin Azərbaycan dövlətçiliyinin bütövlüyünə, millətimizin mənəviyyatının dirçəlişi yolunda şərəfli mücadiləsinə əngəl olmaq istəyənlərin nəzərinə çatdırırıq ki, belə iyrənc və ləyaqətsiz əməllərinə bu andan son qoysunlar. Onu da bildirmək istəyirik ki, artıq bu dəqiqələrdə “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin rəhbəri Sevinc xanım Əzimbəyli “yeniufuq.az” saytının redaktoru Elvin Süleymanovun adına açılmış saxta “facebook” profilinin tez bir zamanda ifşa olunması ilə əlaqədar Azərbaycan Respublikası Milli Təhlükəsizlik Naziri (MTN) hörmətli Eldar Mahmudov cənablarına saxtakarın ifşa olunması ilə bağlı müraciət ünvanlamaqdadır.
 





16.04.2013    çap et  çap et