525.Az

Erməni sənətçi Qənirə Paşayevanın əlini öpdü: “Çox üzgünəm...”


 

Erməni sənətçi Qənirə Paşayevanın əlini öpdü: “Çox üzgünəm...”<b style="color:red"></b> Millət vəkili Qənirə Paşayeva Türkiyədə “İlin Uluslararası Barış və Dostluk” ödülü ilə təltif edilib.
 
525.az-ın verdiyi məlumata görə, Qənirə Paşayeva mərasimdə çıxışı zamanı deyib ki, ki, bu ödülü “Gözəl ölkəm Azərbaycan, gözəl xalqım  və şəhidlərimiz adına alıram”.
 
O, çıxışında Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində minlərlə günahsız insanın həyatının məhv olmasından, özü də daxil olmaqla 100 minlərlə azərbaycanlının yaşadığı ağrı-acılardan, 20 ildən artıqdır ki, öz evinə dönə bilməyən azərbaycanlı qaçqın və məcburi köçkünlərdən danışıb. O, çıxışının sonunda Ermənistanın işğalı altında olan böyük mədəniyyət mərkəzlərindən biri, qədim Şuşamızda çoxlu vandalizm aktları törətdiyini vurğulayıb: “Mən arzu edirəm ki, gələn dəfə bu ödül törənini birlik və bərabərlik içərisində Ermənistanın işğalından azad edəcəyimiz və yenidən quraraq mədəniyyət paytaxtlarından birinə çevirəcəyimiz Şuşada qeyd edək. Bu işğallar davam etdikcə nə bölgədə, nə dünyada barış ola bilməz. Ona görə də hər bir kəs bu barışın yaranması üçün səylərini artırmalıdır”.
 
Qənirə Paşayevadan sonra səhnəyə çıxan Türkiyə əsilli erməni sənətçi Hayko Tataryan Türkiyə əsilli erməni sənətçi olduğunu, türk xalqının həmişə ermənilərə qucaq açaraq yaxşı münasibət göstərdiyini və Qənirə Paşayevanın yanına gedərək onun əlini  sıxmaq istədiyini bildirib. Hayko Tataryan səhnədən Qənirə Paşayevanın oturduğu masaya gəlib əl uzadaraq deyib ki, “sizin çıxışını dinlədiyini, yaşadıqlarınızdan dolayı çox üzgünəm”.
 
Bundan sonra Qənirə Paşayeva təkrar səhnəyə çıxıb və çıxış edib: “Hayko Tataryan mənə əl uzadaraq çox üzgün olduğunuzu dediniz. Bizim millətimiz heç bir zaman ona uzanan əli geri çevirməyib. Amma barış sizin mənə uzatdığınız əllə yarana bilməz. Barışın yarana bilməsinin başlanması üçün Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməli və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün evlərinə dönməlidir. Yüz minlərlə insan 20 ildən artıqdır ki öz evinə dönə bilmir. Bunun nə qədər böyük bir faciə, ağrı-acı olduğunu hər bir insan milliyyətindən və dinindən asılı olmayaraq anlamalıdır. Sizin kimi Türkiyə əsilli erməni sənətçilər Ermənistana və oradakı erməni xalqına bu gün burada səsləndirdiyiniz fikirləri geniş şəkildə tez-tez çatdırmanız lazımdır. Mən elə bu səhnədə yanımda dayanmış və 2 dəfə özünün məşhur siyasət proqramı verilişində ermənilərlə Azərbaycan türklərinin Dağlıq Qarabağ problemi ilə bağlı televiziya müzakirəsini təşkil etmiş tanınmış jurnalist Ali Kırcaqf müraciət edərək onun yenidən belə bir proqram təşkil etməsini, sizi də oraya dəvət etməsinə çağırıram. Çox istəyərdim ki, siz bu gün bu səhnədə səsləndirdiyiniz fikirləri və səhnədə mənim yanıma gələrək mənə əl uzadaraq dediyiniz sözləri o proqramda da Ermənistandakı xalqınıza üz tutaraq söyləyəsiniz. Sizin sözləriniz onlara özünün müəyyən təsirlərini göstərə bilər. Milli kimliyindən və inancından asılı olmayaraq gerçəkdən də insanlığın və ədalətin yanında olanlar öz evinə dönə bilməyən 1 milyon azərbaycanlının ağrı-acısına, onların torpaqlarının işğal altında qalmasına laqeyd qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalıdır".

Qənirə Paşayeva və modelyer Gülnarə Xəlilova bu çıxışdan sonra tədbirin təşkilatçısı Nurəddin Soydana Qarabağın musiqi mədəniyyətini özündə əks etdirən tablonu hədiyyə ediblər.
 





17.04.2013    çap et  çap et