525.Az

“Pizza İnn”ində yararsız məhsullar aşkar edildi


 

“Pizza İnn”ində yararsız məhsullar aşkar edildi<b style="color:red"></b> Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Fəvvarələr meydanı 8 ünvanında “Pizza İnn” adı ilə fəaliyyət göstərən müəssisədə dövlət nəzarəti tədbirləri həyata keçirilib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, araşdırma zamanı müəssisədə yararlılıq müddəti bitmiş 4 ədəd Türkiyə istehsalı olan 350 qramlıq “Pınar” nişanlı “manqal sucuk” və  2 kq xarab olmuş mal əti aşkarlanıb.

Bununla bağlı dərhal akt tərtib edilib və məhsulların istifadəsinə qadağa qoyulub. Müəyyən olunub ki, müəssisədə istehsal olunan biskvitli-kremli tort və pirojnaların gigiyenik və uyğunluq sertifikatları yoxdur, məhsullar mövcud normativ sənədlərin tələblərinə zidd olaraq təsdiq olunmuş resepturalar və texnoloji təlimatlar olmadan istehsal olunur. Habelə müəssisədə məhsulların saxlanma şəraitinə nəzarət olunmadığı aşkarlanıb. Məhsulların saxlanma rejimləri müxtəlif olsa da, onlar eyni şəraitdə  saxlanılır, soyuducu kamerada məhsulların saxlanması zamanı mal qonşuluğu gözlənilmir, ət, balıq, ət qiyməsi ilə yanaşı pendir, tortlar, tortlar üçün kremlər saxlanılır. Bişirilmiş və çalınmış qaymaqla hazırlanan kremlər və bu kremlərlə hazırlanan biskvitli-kremli tort və pirojnaların normativ sənədlər üzrə saxlanma  müddəti cəmi 6 saat olduğu halda, bu məhsulların daha artıq müddətdə saxlanıldığı aşkarlanıb.

Bu və digər nöqsanlarla əlaqədar olaraq, fiziki şəxs Natiq Qədirova pozuntuların 12 may 2013-cü il tarixinədək aradan qaldırılması barədə iradnamə, müəssisədə biskvitli-kremli tort və pirojnaların istehsalı və satışının qadağan edilməsi barədə tələbnamə verilib.   
 





17.04.2013    çap et  çap et