525.Az

Ağamusa Axundovla bağlı kitab sərgisi


 

Ağamusa Axundovla bağlı kitab sərgisi<b style="color:red"></b>

M.F.Axundzadə adına Milli Kitabxanada Azərbaycanın tanınmış ədəbiyyatşünası, dilçi və türkoloq alimi, akademik Ağamusa Axundovun anadan olmasının 85 illiyi münasibətilə “Ağamusa Axundov-85” adlı kitab sərgisi açılıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə alimin elmi əsərləri, haqqında yazılmış Azərbaycan və rus dillində olan kitablar və dövri mətbuat materialları nümayiş olunur.

Hər kəsin ziyarət edə biləcəyi kitab sərgisi bir həftə davam edəcək.

Qeyd edək ki, Milli Kitabxanada mütəmadi olaraq Azərbaycanın görkəmli ədiblərinin və elm adamlarının xatirəsinə həsr olunmuş kitab sərgiləri açılır.

 





04.02.2017    çap et  çap et