525.Az

İsraildə partlayışlar


 

İsraildə partlayışlar<b style="color:red"></b>

İsrailin Qızıl dəniz sahilindəki turistik şəhəri Eilatda sabah saatlarında dalbadal partlayışlar olub.

Partlayışlarda ölən və ya yaralanan olub-olmadığına dair açıqlama verilməyib.

Eilatdan yayımlanan yerli radiolardan biri partlayışlara Misirin Sina yarımadasından atılan raketlərin səbəb olduğunu xəbər verib.

Ancaq bu xəbər rəsmi mənbələr tərəfindən təsdiqlənməyib.

İsraildə yayımlanan "Haaretz" qəzetinin internet saytı siqnal səslərindən sonra şəhər mərkəzində üç partlayış olduğunu və bölgəyə çox sayda ambulans göndərildiyini yazıb.

 





17.04.2013    çap et  çap et