525.Az

Yağmurlu hava davam edəcək


 

Yağmurlu hava davam edəcək<b style="color:red"></b> Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, qısamüddətli yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın APA-ya verdiyi xəbərə görə, mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-8, gündüz 9-14 dərəcə isti təşkil edəcək.
 
Azərbaycanın rayonlarında arabir yağış, gecə saatlarında qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-7, gündüz 9-14, bəzi yerlərdə 18 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti təşkil edəcək. 
 





17.04.2013    çap et  çap et