525.Az

21 yaşlı oğlan beşbarmaqla döyüldü, qarət edildi


 

21 yaşlı oğlan beşbarmaqla döyüldü, qarət edildi<b style="color:red"></b> Dünən Bakı şəhərinin Xətai rayonu ərazisində quldurluq hadisəsi baş verib.

34-cü Polis Bölməsindən Lent.az-a verilən məlumata görə, M.Hadi küçəsində naməlum şəxs 21 yaşlı Qəbələ rayon sakini Rüfət Mürsəlzadəni başına beşbarmaqla zərbələr endirib. Həmin şəxs R.Mürsəlzadənin pul kisəsini götürərək qaçıb.
 
DİN ÇPA və Xətai RPİ 34-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Bakı şəhər sakini 1995-ci il təvəllüdlü Azər Əliyev yaxalanıb.
 
 
Faktla əlaqədar cinayət işi başlanılıb.
 





17.04.2013    çap et  çap et