525.Az

Bakıda daha bir yolda hərəkət məhdudlaşdırılıb


 

Bakıda daha bir yolda hərəkət məhdudlaşdırılıb<b style="color:red"></b>

Bakıda daha bir yolda hərəkət məhdudlaşdırılıb.

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən məlumata görə, Bülbül prospektinin Məhəmməd Füzuli küçəsi ilə kəsişməsindən Şəmsi Bədəlbəyli küçəsi ilə kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.
 
Sürücülərdən alternativ yol kimi Səməd Vurğun küçəsindən istifadə etmək xahiş olunur.

 





17.04.2013    çap et  çap et