525.Az

“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər


 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında

“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər<b style="color:red"></b>

I cild (noyabr 1918 - aprel 1920)

Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov 

Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (Mirzəyev) 

(Əvvəli ötən şənbə sayımızda) 

Azərbaycan Məclisi-Məbusanında 12-ci iclas (fevral 1919) 

İclas açılır saat 2-nin yarısında.

Sədr - Həsən bəy Ağayev

Katib - Əhməd Cövdət Pepinov

Sədr - İclas davam edir. Növbədəki sənədlərə keçmədən qabaq rica edərdim dünən günki iclasda qəbul etdiginiz qanun layihəsi ki, Müsavat firqəsi tərəfindən təklif olunan hər komissiyaya birər əza verilsin, komissiyaların miqdarı da bu surətlədir: “Müsavat” 23, İttihad 11, Əhrar 1, Hümmət 5, sosialistski blok 5, bitərəflər 12, rus-slavyan cəmiyyətində 5, ermənilərdə 7 bu miqdar ilə olan surətdə Müsavatdan qeyri hər fraksiya birər, Müsavat isə ikinci nümayəndə dünən qəbul etdiginiz layihə mövcibincə verəsiniz. Maliyyə və büdcə komisyonuna isə hər fraksiyadan birər, Müsavat isə 3 nümayəndə verməlidir. Çünki onun üzvləri 23-dür. Sonra yeni qanun daxil olmuşdur. Biri gömrük idarəsinin təbdili, ikinci hökumətə 100 milyon pul buraxmaq. Təklif olunur ki, bu layihələrdən birincisi ləvayehi-qanuniyyə komisyonuna, ikinci qanun isə maliyyə və büdcə komissiyasına verilsin və rica edərdim iki yeni komissiya əzaları tənəffüs zamanı burada qalaraq özlərinə Heyəti-rüəsa seçsinlər. Keçirəm növbədəki məsələyə. Söz verilir doktor Musa bəy Rəfiyevə.

Musa bəy - (yerindən) Nə barəsində?

Sədr - Bakı şəhərinə 4 milyon istiqraz barəsində.

Musa bəy Rəfiyev - (Müsavat) Bakı bələdiyyəsi daxiliyyə nəzarətinə bir layihə təqdimilə təklif etmiş idi ki, bələdiyyə idarəsinə 4 milyon manat borc pul buraxılsın. Daxiliyyə naziri bu layihəni parlamana göndərmiş, parlaman da maliyyə və büdcə komisyonuna vermişdi. Komisyon məzkur layihəyi tədqiq edərək hüzurunuza ərz ediyor. Bakı bələdiyyə idarəsi 4 milyon istədikdə bəyanatda bulunub diyor ki, bələdiyyə idarəsinin 1917-1918-ci il övzai cığırından çıxmış, hər şeyin qiyməti artmış, digər tərəfdən əhalidən alınan vergi miqdarı azalmış, bundan dolayıdır ki, şəhərin kassasına pul girmiyor, buna əlavə məvaciblər dəxi həddən ziyadə artmışdır. Məsələn, nümunə üçün göstərilir 17-ci ildə 9 ay müddətində məxaric 14 milyon olduğu halda mədaxil 8 milyona çatmamışdır. Sonra ilin axırındakı son 3 ay zərfində şəhəri təmizləməkdən və yolu öz qaydasına salmaqdan ötrü 7.950.000 rublə məxaric göstəriliyor (oxuyur).

Bakı idareyi-bələdiyyəsinin bala də məruz iqdamatı münasibətilə daxiliyyə nəzarəti şəhər idarəsinin aşağıda saydığımız məvaddan ibarət olan ehtiyacatının:

1- Şəhərin son dərəcə pisləndigindən pək böyük məsarifati-nəqdiyyəyi mövcib olan səhiyyəcə şəhərin təmiri

2- Şəhərin sokaklarının “mostavoylarının” bundan fəzlə və büsbütün xarab olmasına meydan verməmək üçün təmir və təcdidi

3- Yanacaq, yemək məvadının olduğu kibi əlbisənin də fövqəladə bahalandığından və əmrazi-sariyənin də əhali arasında intişarından mütəhəssil şəraiti-həyatiyyənin ağırlığı üzündən şəhər əhalisinə son dərəcə möhtac olduğu müavinəti-tibbinin lüzum dərəcədə təşkil edilməsi.

4- Şəhərin məktəb dairələrinin kəndi ümuratını cərəyani-tibbisində olaraq idarəsinin təmini həqiqətən rəf edilməsi lazım olduğundan bir tərəfdən məvadi-məsai qiymətlərinin artması və digər tərəfdən keçən sənədə vüqu bulmuş olan əhvali-siyasiyyə dolaysilə şəhər vergilərinin pək cüzi miqdarda olaraq kassaya düxuli səbəbilə şəhər heç bir vəchlə şu ehtiyacı yalnız kəndi mənafeyindən rəf və izalə edəmməyəcəkdir.

5- Bütün bu məşruhatə binaən və bir də Bakı şəhərinin cümhuriyyət daxilində dövlətin hökuməti-mərkəziyyəsinin məqərri bulunması etibarı ilə cümhuriyyətdə yalnız həyati-idariyəsinin bir mərkəzi-rəsmi degil, bəlkə iqtisadi, mədəni və elmi bir mərkəzi olduğu dəxi nəzəri-etibarə alınaraqdan kəndisinə vəsaiti-ümumiyyəyi-dövlətdən müavinətdə bulunmanın son dərəcə mətlub olduğu meydana çıxar. İşbu mülahizatə istinadən nəzarət atidə mühərrər layiheyi-qanuniyyəyi Məclisi-Məbusanın təsdiqinə təqdim eylər. Şəhərin birvəch bala məxaricləri mövcud olub bu məxaricə müqabil mədaxili cüzidir. Üç ayda səkkiz milyona kibi pul lazımdır. Mədaxil isə 500 min oluyor. Şəhərin mədaxili olan vergilər alınıb xərc olunmuşdur. Bu xərcləri yerinə yetirmək qeyri-mümkündür. Şəhər mədaxilindən yalnız bir su mədaxili mövcud olub o da çox cüzidir. Bununla bərabər Bakı şəhəri dövlətli bir şəhərdir. Borc almağa da iqtidarı vardır. Yəni borcunu ödəyə bilir. Bir çox şeylər vardır ki, məsələn imarətləri yerləri və dəniz kənarında olan körpüləri və sairləri kibi mədaxil quyuları mövcuddur. Şəhər deməli müvəqqəti qüvvəsizdir. Gələcəkdə şəhərin qüvvəsini yerinə gətirməgi aşkar etdirir. Şimdilik bu xərcləri ödəməkdən ötrü şəhər idarəsi duma ilə bərabər qərar vermiş ki, 7 milyon pul istiqraz etsin. Bu məbləğin 3 milyonu oktyabrda alınmış, yerdə qalan dörd milyonu qalmış idi. Şimdi də ehtiyaca məbni o 4 milyonun buraxılmasını hökumətdən xahiş edir. Xərclərin tərtibi böylədir:

Bələdiyyə qulluqçularına hər ayda veriləcək məvacib ............ 1.450.000

Şəhəri təmizləmək üçün arabalar məxarici (maaşdan başqa) ......... 200.000

İtfaiyyə qitəsinə - 75.000

Müalicəxanələrə - 750.000

Bələdiyyə dairələrinə - 125.000

Odun, mazut, neft, benzin, truba, su, kantor taqımları, əlif və başqa təxiri qəbul olmayan məxaric ......... 400.000

---------------------

Yekunu: 3.000.000

Bunlar ilə bərabər birdəfəlik xərclər də mövcuddurlar. Müfrədatı zirdə oxuyuram.

Sabiq borcların faizinin tədiyyəsi ............. 1,200.000

19 xəstəxanə təmiratı........ 336.671

Seldən sonra küçələrin təmiratı ........            353.200

23 məktəb binalarının təmiratı .....                 181.532

Dəva alınmağa ......                                                  200.000

Şəhər sallaqxanalarının təmiratı .....               40.321

Kitabxana üçün bina hazır edilməsinə ....      13.200

Şəhər abuzları hazırlatdırmağına .....            375.000

Nəqliyyatın tazələnməsi ......                         400.000

Mayəhtac ......                                                            20.000

-----------------------

Yekunu: 3.124.924

Daxiliyə nəzarəti öz tərəfindən şu layihənin qəbulunu təklif ediyor (oxuyur).

1- Hökumətin keçmiş sənə 7 təşrini-sanidə “noyabr” qərardadına tövfiqən vermiş olduğu 3 milyon manatlıq müavinəti-nəqdiyyəyə əlavətən Bakı idareyi-bələdiyyəsinin xəzineyi-dövlət vəsaitindən sənədə 5 faizli olaraq iki müddətdə, yəni iki milyonun şimdi, 2 milyonunun isə gələcək şubatda “fevral”da verilməsi.

2- Məzkur şəhər idarəsindən kəndisinə verilmiş olan müavinəti-nəqdiyyənin şəhərin varidat və məsarifət dəftərinə qeyd edilməsilə 3 sənə zərfində və hər sənə müsavi hissələr ilə tədiyyə edilməsinə iltizam alınması.

Maliyyə və büdcə komissiyası da bu xüsusda böylə bir qərar qəbul etmişdir (oxuyur):

Maliyyə və büdcə komisyonunun 21 fevral 1919 tarixli iclası protokolundan iqtibas olunmuş: Bakı bələdiyyə idarəsinə 4 milyon rublə borc buraxılması xüsusunda daxiliyyə nəzarətinin təqdim etdiyi qanun layihəsi qəbul olunsun və daxiliyyə nəzarətinə tezlik ilə bələdiyyə seçki qanununun təqdim və Məclisi-Məbusana təqdim edilməsi təklif olunsun.

Maliyyə və büdcə komisyonu rəisi: Musa bəy

Maliyyə və büdcə komisyonu bu layihəyə baxaraq qəbul olunmaq üçün Məclisi-Məbusana təqdim edir.

Sədr - Söz Ağa Aşurovundur.

Ağa Aşurov - Möhtərəm məbuslar! Hökumətlərdə olan borc sistemi imdi də şəhərlərə sirayət ediyor. Nəticədə hökumət xərcini ödəməkdən ötrü hədsiz-hesabsız kağız pullar buraxırlar. İmdi bələdiyyə idarələri də həddən ziyadə xərclərini ödəmək üçün iki şeydən birini etməlidir: ya pul kəsmək, ya borc almaq. Bakı idarəsi asan yollar ilə getmək istiyor ki, öz işlərini yaxşı aparsın. Üzr istiyoram bən Bakı bələdiyyə idarəsinə pul verilməsi tərəfdarı olardım və olmalıyam da. Pul verilməsini də istərəm, heyf ki, bu layihədə bu borcun nə cür qaytarılacağı və mədaxil yolu göstərilmiyor. Parlaman özünü aldatmamalıdır. Keçənlərdə bələdiyyə idarəsinə bir milyon borc verdik və onun qaytarılması vəqti göstərildi. Fəqət bu 4 milyonu bələdiyyə idarəsi qaytara bilməyəcəkdir. Bunu parlaman da biliyor. Ona görə büdcə və maliyyə komisyonu bu layihənin qəbulunu bizə təklif etməməlidi. Bən təklif ediyoram: bu pulu borc degil qaytarılmamaq üzrə bələdiyyə idarəsinə verək və mədaxili artırmaq üçün yollar göstərək. Tainki hökumətdən borc almağa məcbur olmayıb özü-özünü idarə edə bilsin. Hər yerdə olduğu kibi hökumətin borcudur ki, şəhər idarəsinə kömək eləsin.
 
Hökumət şəhərin cəmaət ehtiyacını ödəyən azarxanə, məktəblər və qeyri-müəssisələri saxlamaq üçün pul buraxmalıdır. Amma məxaric mədaxildən çox olduğu halda bu qaidə çox davam edə bilməz. Gərək daxiliyyə nazirimiz və büdcə və maliyyə komisyonu şəhər idarələrinin mədaxillərinin artması üçün layihə ilə yollar göstərsin. Bələdiyyə idarəsi bəzi mədaxilləri öz əlinə almaq üçün istibdad dövründə bir məsələ qaldırılmışdı ki, bununla 3-4 milyon mədaxil ola biləcəkdi. Bunu onun əlindən aldılar. Bu barədə hətta dövlət dumasında da danışıldı. İmdi gərək tezlik ilə qət olunsun ki, o vergilər şəhərin mənfəətinə getsin. Şəhər idarəsi ticarət müəssisələrindən, işıqdan və bu kibi yerlərdən xüsusi vergi almalıdır. Bu verginin alınmasilə bahalığa heç qorxu yoxdur. Ərzaq nəzarəti pud vergisindən 550.000 rublə pul yığmışdır. Bu pul şəhərə bələdiyyə idarəsinə verilməli idi. Amma bu vəqtə kibi şəhərə gəlmiyibdir. Hökumətin cəm etdigi vergilər müəyyəndir. Bu pud vergisi isə şəhər mənfəətinə olmalıdır. Mən istəməzdim ki, bu layihənin qəbulu təxirə salınsın. Şəhər fəlakətli bir haldadır. Ancaq bu layihədə bələdiyyə idarəsinin mədaxilinin artırılması üçün heç bir yol göstərilməyibdir. Mən təklif edərdim bu pul 3 sənəyə degil qaytarılmamaq şərtilə bələdiyyə idarəsinə verilsin. Bələdiyyə idarəsi məlumdur ki, bu borcu bu müddətdə qaytara bilməyəcəkdir. Ona görə şərt qoymalıdır ki, bələdiyyə idarəsi özü mədaxillərini artırmaq üçün tədbirlər görsün, tainki zərəri olmasın.

Sədr - Söz Yusifəli Əliyevindir.

Yusifəli - (Müsavat) Bələdiyyə idarəsinin 4 milyon istiqraz həqqində “Müsavat” fraksiyası əhalinin mənafeyi-ümumiyyəsinə xidmət edən müəssisələrin parasız qaldığını nəzərə alaraq bu 4 milyon borcun verilməsi tərəfdarıdır. Bununla bərabər fraksiyamız bələdiyyə idarəsi və əzasının nəzər diqqətini buna cəlb edib diyor ki, ildə 8 milyon varidat ilə 13 milyon məxaric olursa get-gedə üzərinə yüklədigi borcu bir vəqt gələr ki, verə bilməz, əhali və onun özü üçün borcdan çıxmaq çətin olar. Yaxşı olardı, bələdiyyə idarəsi özü üçün mədaxil mənbələri arasın, məsələn dedilər ki, ərzaq nəzarətində yüklərdən pud vergisi alınır və bu pul şəhər idarəsinə çatmalıdır. Bu pullar ola bilər ki, şəhərə qaytarılsın. Lakin nədənsə bələdiyyə idarəsi bu barədə təşəbbüsatda bulunmamışdır. Bundan başqa, şəhərin bir çox boş yerləri var ki, bələdiyyə idarəsi onlardan istifadə edə bilərdi. Və yaxşı mədaxil hasil olardı. Amma nədənsə etməyibdir. Bir də bələdiyyə idarəsi ticarət və sənaət müəssisələrindən alınan vergiləri artıra bilər. Bundan başqa bələdiyyə idarəsi ilə əhali arasında bir çox mübahisəli yer məsələsi var ki, bu məsələnin həll olunmasilə bələdiyyə idarəsinə 2 milyondan ziyadə para daxil ola bilər və şəhərin də abadlığına səbəb olar. Ağa Aşurovun birdəfəlik müavinəti-nəqdiyyə verilməsi təklifinə görə tərəfdar ola bilməriz. Bu pul borc surətində verilməlidir. Bələdiyyə idarəsi də bilsin ki, borcu vardır. Və borcu ödəmək üçün yeni varidat mənbələri arasın.

“Azərbaycan”, 2 mart 1919, №126 

Bala - yuxarı
Məvas - mövsümlər
Əmraz - xəstəliklər
Sariyə - yoluxucu
Mütəhəssil - vücuda gələn
Məşru
hat - şərh olunmuşlar
Müqirr - iqrar edən
Rərvəcə - kimi, uyğun olaraq
İtfaiyyə - yanğın söndürən dəstəsi
Zir - alt, altda
Tövfiqən - uyğunlaşdıraraq

(Ardı var)

 





06.02.2017    çap et  çap et