525.Az

Bakıda 14 yaşlı iki qız gecə yoxa çıxıb


 

Bakıda 14 yaşlı iki qız gecə yoxa çıxıb<b style="color:red"></b>

Bakıda itkin düşmüş iki yeniyetmə qız axtarılır.

Lent.az-ın məlumatına görə, Səbail rayon Lomonosov küçəsi ev 8 ünvanında yaşayan 1999-cu il təvəllüdlü Cabbarova Nəzrin Natiq qızı dünən saat 01:30 radələrində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Yaxınları onun xarakterik əlamətlərini polisə bildirib. O da qeyd olunub ki, yeniyetmə qız 134 saylı orta məktəbin 8-ci sinif şagirdidir.

Oxşar hadisə Xətai rayonunda da qeydə alınıb. A.Qurbanov küçəsi 25 ünvanında yaşayan 1999-cu il təvəllüdlü Əfsanə Mirmövsünova aprelin 11-də saat 22 radələrində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Yeniyetmə qızın anası onun xarakterik əlamətlərini polisə bildirib.

Hazırda hər iki qızın tapılaraq ailəsinə qaytarılması istiqamətində iş aparılır.

 





17.04.2013    çap et  çap et