525.Az

Əli Kərimin oğluna hökm oxunub


 

Əli Kərimin oğluna hökm oxunub<b style="color:red"></b>

Bakı Ağır Cinayətlər Məhkəməsində Təhsil Nazirliyinin maliyyə şöbəsinin sabiq müdir müavini, şair Əli Kərimin oğlu Orxan Kərimov, habelə “Zəngəzur” MMC mətbəəsinin rəhbəri İbrahim İsgəndərov, Beynəlxalq Universitetin müəllimi Ramiz Hüseynov və onun qardaşı Rafiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, prosesdə hökm elan olunub. Hökmə əsasən, Rafiq Hüseynov 11 il, Ramiz Hüseynov 8 il, İbrahim İsgəndərov isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Orxan Kərimova barəsində seçilən 7 il 5 ay 15 gün müddətinə azadlıqdan məhrumetmə cəzası 3 il sınaq müddətinə şərti cəza ilə əvəzlənib.

Xatırladaq ki, Orxan Kərimov MTN əməkdaşlarının keçirdiyi korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində 2011-ci ilin iyun ayında saxlanılıb.

 





17.04.2013    çap et  çap et