525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b> 2013-cü il. Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki - “Azərspace-1” uğurla orbitə buraxılıb.

Bu, Azərbaycanın müstəqillik tarixinin ən önəmli hadisələrindən biri idi.

Bu münasibətlə təşkil olunan mərasimdə prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər.

“Azərspace-1” peyki 46 dərəcə Şərq uzunluq dairəsində geostasionar orbitdə yerləşib.

Peyk Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionunu əhatə edir.

1904-cü il. Yaponiya donanmasının Port-Artur qalasına hücum edərək Rusiya donanmasını məhv etməsi ilə rus-yapon müharibəsi başlayıb (1904-1905).

Port-Arturun 322 günlük mühasirəsi zamanı qalanın müdafiəsində azərbaycanlı generallar Səməd bəy Mehmandarovun və Əlağa Şıxlınskinin də mühüm xidmətləri olub.

1922-ci il. ABŞ Prezidenti Uorren Hardinq Ağ Evdə ilk radio cihazını təqdim edib.

O, radio ilə müraciət edən ilk prezident olub.
 
1952-ci il. II Elizabet Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kraliçası elan edilib.

O, Birləşmiş Krallıq tarixində ən çox hakimiyyətdə olan şəxsdir.

1971-ci il. Dünyanın texnoloji birjası olan NASDAQ Nyu-Yorkda fəaliyyətə başlayıb.
 





08.02.2017    çap et  çap et