525.Az

Millimizin sabiq baş məşqçisi istefaya göndərildi


 

Millimizin sabiq baş məşqçisi istefaya göndərildi<b style="color:red"></b>

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının sabiq baş məşqçisi Nikolay Adam Hindistanın U-17 yığmasından istefaya göndərilib.
 
Qol.az-ın Hindistan Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, almaniyalı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.

N.Adamın azərbaycanlı köməkçisi Etibar İbrahimov da istefaya göndərilib.

Qeyd edək ki, N.Adam 2015-ci ilin aprelindən Hindistanın U-17 millisində çalışırdı.

 





08.02.2017    çap et  çap et