525.Az

“Qarabağ” Keytanı alır?


 

“Qarabağ” Keytanı alır?<b style="color:red"></b>

“Qarabağ” Polşanın “Lex” klubunun futbolçusu Məhəmməd Keytanı transfer edə bilər.

Qol.az-ın məlumatına  görə, bu barədə “Metro” nəşri xəbər yayıb.

Bildirilir ki, 26 yaşlı norveçli hücumçunun ABŞ-ın “Minnesota” klubuna keçəcəyi gözlənilsə də, o, son anda qərarını dəyişib və  “Qarabağ”la razılığa gəlib.

Qeyd edək ki, Norveçin U-18, U-21 və U-23 millilərində çıxış edən Keyta son 3 mövsümü icarə əsasında "Stabek" və "Strömqodset" klublarında keçirib. Qambiya əsilli futbolçunun “Lex”lə iyun ayına qədər müqaviləsi var.

 





09.02.2017    çap et  çap et