525.Az

Baş nazirə 1 il həbs


 

Baş nazirə 1 il həbs<b style="color:red"></b>

Misir Məhkəməsi baş nazir Hişam Kandilin vəzifədən uzaqlaşdırılmasına qərar verib. Məhkəmə baş nazirə 1 il həbs və 290 dollar pul cəzası verib.

Məhkəmədəki mənbələrdən əldə edilən məlumata görə, Kandilin Misir məhkəməsinin daha əvvəl qəbul etdiyi, "Tanta el Kettan" şirkətinin Səudiyyə Ərəbistanından olan iş adamı Abdullah əl Kakaya satışının ləğvi və şirkətin mülkiyyətinin dövlətə geri verilməsi haqda qərarını icra etmədiyi üçün bu hökm çıxarılıb.

Baş nazirin apellyasiya şikayəti verməsi gözlənilir.

trt

 





18.04.2013    çap et  çap et