525.Az

Atəşkəs pozuldu, əsgərimiz yaralandı


 

Atəşkəs pozuldu, əsgərimiz yaralandı<b style="color:red"></b> Erməni silahlı birləşmələri aprelin 17-də də atəşkəsi pozmaqda davam edib. Hərbi mənbələrdən Lent.az-a verilən məlumata görə, Qarabağ cəbhəsində atəşkəsin pozulması nəticəsində Milli Ordunun əsgəri 1994-cü il təvəllüdlü Hətəmov Elşad Əli oğlu yaralanıb. Güllə yarası almış əsgər hərbi hospitala yerləşdirilib.
 
Qeyd edək ki, yaralanmış əsgərimiz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağırılıb.
 





18.04.2013    çap et  çap et