525.Az

Azərbaycanda əsgər iki hərbçi yoldaşını güllələdi


 

Azərbaycanda əsgər iki hərbçi yoldaşını güllələdi<b style="color:red"></b>

Ağdam rayonunda Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində ehtiyatsılq nəticəsində yaralanan əsgərlərin vəziyyəti yaxşıdır. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə ötən gün axşam saatlarında baş verib. Hər iki əsgər ayaq nayihəsində yaralanıblar.

***10.24


Azərbaycan Ordusunun iki əsgəri yaralanıb. APA-nın məlumatına görə, hadisə Ağdamda qeydə alınıb. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin əsgəri Səbuhi Osmanlının tabeliyindəki avtomat silahdan açılan atəş onun hərbçi yoldaşları - 1994-cü il təvəllüdlü Elşad Hətəmov və Mövlud Murtuzəliyevə dəyib. Nəticədə güllə yarası alan hər iki əsgər hospitala yerləşdirilib.

İlkin məlumata görə, hadisə əsgərin silahla ehtiyatsız davranması nəticəsində baş verib.

Qeyd edək ki, E. Hətəmov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron, M. Murtuzəliyev isə Zaqatala rayon şöbəsindən həqiqi hərbi xidmətə çağırılıblar.

 





18.04.2013    çap et  çap et