525.Az

Bakıda sərnişin avtobusunun iştirakı ilə zəncirvari qəza baş verib


 

Bakıda sərnişin avtobusunun iştirakı ilə zəncirvari qəza baş verib<b style="color:red"></b>

 Ötən gün Bakıda baş verən ağır yol qəzasında xəsarət alanların adları açıqlanıb.

3 saylı Şəhər Klinik Xəstəxanasından APA-ya verilən məlumata görə, qəza nəticəsində 1972-ci il təvəllüdlü Akif Baxışov, 1990-cı il təvəllüdlü Təranə Əliyeva, 1952-ci il təvəllüdlü Liliya Vasiliyeva, 1962-ci il təvəllüdlü Gülnarə Nəsirova, 1985-ci il təvəllüdlü Ruslan Musayev və 1999-cu il təvəllüdlü Mirmovsüm Qafarov ağır xəsarətlə xəstəxanaya daxil olublar.
 
Xəstəxanadan onların vəziyyətinin ağır olaraq qaldığı bildirilib.

Qeyd edək ki, dünən axşam saatlarında Bakı şəhərində, metronun “Koroğlu” stasiyası yaxınlığındakı avtomobil dairəsindən Sabunçu rayonu istiqamətində hərəkətdə olan sərnişin avtobusunun iştirakı ilə ağır yol qəza hadisəsi baş verib.
 
APA-nın hadisə yerində olan müxbirinin verdiyi xəbərə görə, zəncirvari yol qəzası nəticəsində 189 saylı marşrut üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu, “KamAZ” markalı yük maşını, iki “Mercedes” və bir “VAZ 21015” markalı minik  avtomobilləri toqquşub. Məlumata görə, qəza nəticəsində beş nəfər müxtəlif dərəcəli xəsarət alıb. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.

 





18.04.2013    çap et  çap et