525.Az

14 fevralda Pərvinin "Sevdim səni" kitabının imza günü olacaq


 

14 fevralda Pərvinin "Sevdim səni" kitabının imza günü olacaq<b style="color:red"></b>

Fevralın 14-də, saat 14-dən 17-dək Kitabevim.az-da yazıçı Pərvinin yeni nəşr olunmuş esselər kitabının imza günü keçiriləcək.

Kitabda Pərvinin özünün seçdiyi sevgi şeirlərinə yazdığı esse-təəssüratları yer alıb. Burada türk şeiri də var, rus şeiri də, klassik Azərbaycan şeiri də yer alıb, müasir şeirlər də... Bunlar sadəcə ədəbiyyatşünas araşdırmaları deyil, şairlərin poetik fikirlərindən təsirlənərək yazılan kiçik sevgi hekayələridir.

Aşıq Veysəl, Yunis İmrə, Rza Tofiq, Nazım Hikmət, Atilla İlhan, Ümid Yaşar Oğuzcan kimi türk, Füzuli, Nizami, İzzəddin Həsənoğlu, Hüseyn Cavid, Mikayıl Müşviq, Rəsul Rza, Nigar Rəfibəyli, Bəxtiyar Vahabzadə, Vaqif Səmədoğlu, Eldar Baxış, Nüsrət Kəsəmənli, Sabir Rüstəmxanlı, Məmməd Araz, Ramiz Rövşən və b. kimi Azərbaycan, Puşkin, Anna Axmatova, Marina Svetayeva, Boris Pasternak kimi rus şairlərinin unudulmaz sevgi şeirlərinə yazılan təsirli hekayələr heç kəsi biganə qoymayacaq...

14 fevral Sevgililər günündə sevdiklərinizə “Sevdim səni” deyin...

 





10.02.2017    çap et  çap et