525.Az

Norveç səfiri Tərcümə Mərkəzində


 

Norveç səfiri Tərcümə Mərkəzində<b style="color:red"></b>

Fevralın 10-da Norveç səfiri Bord İvar Svendsen Tərcümə Mərkəzində olub.

Mərkəzdən 525.az-a verilən məlumata görə, görüş zamanı, əsərləri Azərbaycan dilinə tərcümə edilən və zaman-zaman Mərkəzin “Xəzər” dünya ədəbiyyatı jurnalında nəşr edilən Henrik İbsen, Knut Hamsun, Arvid Turgeyr Li, Yusteyn Qorder, Tarey Vesos kimi məşhur ədiblərin yaradıcılığından, Azərbaycanda Norveç ədəbiyyatına olan maraqdan söz açılıb.
Həmçinin Azərbaycan ədəbiyyatının Norveç dilinə tərcüməsinin təşkili və Osloda nəşri məsələləri müzakirə olunub.

 





10.02.2017    çap et  çap et