525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b>

2004–cü il. Prezident İlham Əliyev “Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında” fərman imzalayıb.

Dövlət proqramının uğurla həyata keçirilməsi nəticəsində respublikanın bölgələrinin iqtisadi mənzərəsi köklü şəkildə yaxşılaşıb, geniş aqrar-sənaye, sosial, energetika və kommunikasiya infrastrukturu yaranıb, minlərlə yeni iş yerləri açılıb.

2000-ci il. Heydər Əliyevin fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyi ləğv edilib, onun bazasında ölkədə dövlətin vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı - Vergilər Nazirliyi yaradılıb.

Həmin tarix ölkəmizdə vergi xidməti işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

2012–ci il. Tanınmış bəstəkar, Xalq artisti Elza İbrahimova vəfat edib (1938-2012).

Onun ilk mahnısı “Yalan ha deyil” (sözləri Məmməd Rahimin) 1969-cu ildə Şövkət Ələkbərova tərəfindən ifa edilib. Bu, bəstəkarın musiqi yazıldıqdan sonra ona uyğun şeir seçdiyi yeganə əsəridir.

O, Azərbaycan şairlərinin əsərlərinə yüzdən çox mahnı, həmçinin romans və sonatalar da bəstələyib.

“Bilməzdim”, “Gecələr bulaq başı”, “Ey Vətən”, “Qurban verərdim”, “Gəl barışaq”, “Yoxluğunu bilə-bilə”, “Sən yadıma düşəndə” və digər sevilən mahların müəllifidir.

1981–ci il. Xalq artisti, görkəmli teatr və kino aktyoru Möhsün Sənani vəfat edib (1900-1981).

Tiflisdə anadan olan aktyor 1921-ci ildən Bakının teatr səhnələrində parlamağa başlayıb.

M.Sənani nəinki teatrda, eləcə də kino sənətində də yaddaqalan, təkrarolunmaz rollar ifa edib.

“O olmasın, bu olsun”, “Sehrli xalat”, “Dağlarda döyüş” və digər filmlərdə yaddaqalan obrazlar yaradıb.

1829-cu il. “Ağıldan bəla” pyesinin müəllifi, rusiyalı diplomat Aleksandr Qriboyedov Tehranda qətlə yetirilib (1795-1829).

O, 1828-ci ildə İranla Rusiya arasında imzalanan Türkmənçay müqaviləsinin hazırlanmasında iştirak edib.

Bundan sonra Rusiyanın İranda rəsmi səfiri təyin olunub. Tehranda səfirlik binasında sui-qəsd nəticəsində qətlə yetirilib.

 





11.02.2017    çap et  çap et