525.Az

“Ağaoğlu ailəsiylə bağlı tədbirlər keçirməyə həmişə müsbət yanaşacağıq”


 

“Ağaoğlu ailəsiylə bağlı tədbirlər keçirməyə həmişə müsbət yanaşacağıq”<b style="color:red"></b> “Ağaoğlu ailəsiylə bağlı tədbirlər keçirməyə həmişə müsbət yanaşacağıq”.
 
Bunu APA-nın Türkiyə müxbirinə İstanbul metropol bələdiyyəsi Qadın əsərləri kitabxanasının müdiri Hülya Həyatsevən deyib.

Kitabxanadakı Ağaoğlu ailəsi arxivləriylə bağlı danışan Hülya Həyatsevən bildirib ki, qadın əsərləri kitabxanasında Əhməd bəy Ağaoğlunun hər 3 qızının- Sürəyya, Tezer və Gültəkin Ağaoğlunun arxivlərini saxlanılır: “Arxivləri kitabxanamıza təqdim edən mərhum Mətə Ağaoğlu bu iş  üçün xüsusi arxivçi tutdu, maaşını  özü verdi. Sürəyya Ağaoğlunun kataloqunun çapa hazırlanmasına  Türkiyənin ilk qadın vəkili kimi qeydiyyatdan keçdiyi İstanbul Vəkillər Kollegiyası da dəstək verdi. Başda Sürəyya xanım olmaqla, Ağaoğlu ailəsinin 3 qadın nümayəndəsinin kitabxanamızda mühafizə etdiyimiz arxivlərinə Azərbaycandan böyük maraq var, bizdə sənədlərin və köhnə kitabların fotolarını və surətlərini çəkmək qadağan olsa da, oradan gələnlərə icazə  veririk. Məncə, Ağaoğlu ailəsinin Türkiyədə və Azərbaycanda daha yaxşı tanıdılması üçün Sürəyya, Sezer və Gültəkin Ağaoğlunun kitabxanamızdakı arxivlərinin böyük əhəmiyyəti var. Ona görə biz burada Ağaoğlu ailəsindən olan 3 möhtərəm qadınla bağlı müştərək  tədbirlər keçirməyə həmişə hərarətli baxacağıq”.
 
Qeyd edək ki, Azərbaycanın və Türkiyənin böyük mütəfəkkiri, naşiri, yazarı və siyatətçisi Əhməd Ağaoğlunun böyük qızı Sürəyya 1903-cü ildə Şuşada anadan olub. Çar Rusiyasının təqib və  təzyiqləri nəticəsində 1910-cu ildə Bakını ailəsiylə birgə tərk etmək məcburiyyətində qalan Əhməd Ağaoğlu Türkiyədə  övladlarına təhsil verib. Hələ lisey illərində Türkiyədə Cümhuriyyət qurulmasının vacibliyindən bəhs edən Sürəyyanı həm  bu səbəbdən və həm başı açıq gəzdiyinə görə, “kafir” adlandırıblar. İstanbul Universitetinin hüquq fakültəsini bitirəndən sonra qadınların və uşaqların haqlarını müdafiə edən Sürəyya Ağaoğlu, 1936-da İstanbul Vəkillər Kollegiyasına ərizə verərək Türkiyənin ilk qadın vəkili olub. 1948-ci ildə Berlindəki Beynəlxalq Hüquqşünaslar Komissiyasının üzvlüyünə seçilən Sürəyya Ağaoğlu, Azad Fikirləri Yayma Dərnəyi, Türk-Amerikan Universitetlər Dərnəyinin də qurucu üzvləri arasında olub. 1949-cu ildə  Beynəlxalq Vəkillər Kollegiyaları Birliyinin idarə heyətinə seçilən Sürəyya Ağaoğlu, Türkiyədə 27 may 1960-cı ildə baş vermiş hərbi çevrilişdən sonra həbs edilən keçmiş nazir qardaşı Səməd Ağaoğlunu məhkəmələrdə müdafiə edib. Özünün qurduğu Süreyya Çocuk Dostları Derneği hələ də fəaliyyətini davam etdirir. 1989-cu ilin dekabrında “Qadın hüquqları və müasirləşmə” mövzusundakı toplantıda çıxış edib evinə qayıdarkən yıxılan və beyninə qan sızan Sürəyya Ağaoğlu dekabrın 29-da 86 yaşında vəfat edib. Əhməd Ağaoğlunun Bakıdan qayıdandan sonra İstanbulun Təşvikiyə səmtində ailəsiylə yaşadığı küçəyə Sürəyya Ağaoğlunun adı verilib.

Əhməd Ağaoğlunun digər qızı Tezer Ağaoğlu  Taşkıran (1907-Şuşa, 1979-İstanbul) 3 çağırışda Türkiyə Böyük Millət Məclisinə Demokrat Partiyasından millət vəkili seçilib. 1909-cu ildə Bakıda anadan olmuş oğlu Səməd Ağaoğlu isə 1950-1960-cı illərdə Adnan Menderesin hökumətlərində nazir vəzifəsini  tutub. 1981-ci ildə vəfat etmiş Səməd Ağaoğlu Türk nəsrinin önəmli nümayəndələrindən biri kimi tanınır.
 





11.02.2017    çap et  çap et