525.Az

ARDNF-nin mətbuat katibi İngiltərə universitetinin PR mütəxəssisi seçildi


 

ARDNF-nin mətbuat katibi İngiltərə universitetinin PR mütəxəssisi seçildi<b style="color:red"></b> Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İctimaiyyətlə əlaqələr departamentinin direktoru, mətbuat katibi Cəmalə Əliyevaya İngiltərənin nüfuzlu “Chartered İnstitute of Public Relations” (CİPR) İnstitutu tərəfindən bu İnstitutun akreditə olunmuş PR mütəxəssisi (CİPR Accredited PR Practitioner) statusu verilib.
 
“APA-Economics”ə xəbər verir ki, C. Əliyeva hazırda CİPR-ın yeganə Azərbaycanlı üzvüdür.
 
Bu status CİPR-ın üzvü olan, iki il ərzində PR sahəsində bilik və bacarıqlarını artırmaq üçün tələb olunan müxtəlif fəaliyyət növlərini həyata keçirərək (CPD activities) hər il 60 bal olmaqla, ümumilikdə 120 bal toplayan şəxslərə təqdim edilir.
 
Qeyd edək ki, C. Əliyeva 2007-ci ildən ADRNF-də çalışır.
 





11.02.2017    çap et  çap et