525.Az

Bakıda daha iki məktəbli itkin düşüb


 

Bakıda daha iki məktəbli itkin düşüb<b style="color:red"></b> Bakı şəhərinin Xətai rayonunda iki azyaşlı itkin düşüb.

Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, G.Şıxlinski küçəsində yaşayan 2003-cü il təvəllüdlü Ağayev Nicat Cəmil oğlu və N.Tusi küçəsində yaşayan 2002-ci il təvəllüdlü Əmənov İmran Bəxtiyar oğlu oxuduqları 204 saylı orta məktəbə getmək adı ilə evdən çıxıblar və bir daha geri qayıtmayıblar.
 
Hər iki məktəblinin tapılması üçün onların xarakterik əlamətləri qeyd olunub, axtarışlara başlanılıb.
 
Qeyd edək ki, son günlərdə paytaxtda məktəblilərin itkin düşməsi hallarının sayı artıb.
 





18.04.2013    çap et  çap et