525.Az

Yenə qar yağacaq


 

Yenə qar yağacaq<b style="color:red"></b> Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti sabaha gözlənilən hava proqnozunu açıqlayıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, aprelin 19-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, aprelin 18-dən 19-a keçən gecə yarımadanın bəzi yerlərində qısa müddətli az yağış yağacağı gözlənilir.
 
Şimal küləyi əsəcək. Temperatur gecə 4-9 dərəcə, gündüz 10-15 dərəcə isti olacaq. Aprelin 20-də Bakıda və Abşeron yarımadasında havanın yarımadasında hava buludlu olacağı, arabir yağış yağacağı gözlənilir. Temperatur gecə 5-9 dərəcə, gündüz 10-15 dərəcə isti olacaq.
 
Azərbaycanın rayonlarına gəlincə, aprelin 19-da əsasən gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda havanın yağıntılı olacağı gözlənilir. Səhər saatlarında bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Aran rayonlarında havanın temperaturu gecə 3 dərəcə,  gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 şaxta, gündüz 6 dərəcə, bəzi yerlərdə 8 dərəcəyə qədər isti olacaq.
 
Aprelin 20-də də əksər rayonlarda havanın yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Aran rayonlarınla gecə 3-8 dərəcə, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyə qədər isti olacaq.
 





18.04.2013    çap et  çap et