525.Az

"Memar Əcəmi" stansiyasının əsas girişi bağlanır


 

"Memar Əcəmi" stansiyasının əsas girişi bağlanır<b style="color:red"></b>

"Memar Əcəmi" stansiyasının əsas girişi tikinti işləri səbəbindən bağlanıb. Burada "Memar Əcəmi 2" stansiyasına keçid tikilir. Hazırda stansiya girişinin ətrafı hasarlanıb.

Bakı Metropoliteninin baş mühəndisi Humay Hümbətovun sözlərinə görə, burada keçid stansiyasının qazıntısı həyata keçiriləcək. Tikiləcək keçid vasitəsi ilə sərnişinlər bir stansiyadan başqasına keçə biləcəklər. "Memar Əcəmi" stansiyasının köhnə vestibülü isə söküləcək və yerində yenisi tikiləcək", - deyə o əlavə edib.

Qeyd edək ki, sərnişinlər stansiyanın digər girişlərindən istifadə edə bilərlər.

 





18.04.2013    çap et  çap et