525.Az

Əməkdar artist vəfat etdi


 

Əməkdar artist vəfat etdi<b style="color:red"></b> Gənc Tamaşaçılar Teatrının aktrisası, Əməkdar artist Kübra Dadaşova vəfat edib.
 
Teatrdan APA-ya verilən məlumata görə, aktrisa bu gün axşam saatlarında dünyasını dəyişib.
 
Onun şəkər xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Əməkdar artist K.Dadaşova  sabah dəfn olunacaq. 
 
Kübra Dadaşova 31 avqust 1957-ci ildə doğulub. 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib.

O, yaradıcılıq fəaliyyətinə  1982-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında başlayıb . 16 may 2006-cı ildən Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adı ilə təltif olunub.
 





12.02.2017    çap et  çap et