525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b> Fevralın 13-ü Ümumdünya Radio Günü qeyd edilir.

UNESCO-nun üzvü olan dövlətlər bu barədə 2011-ci ildə qərar qəbul ediblər.

Həmin tarixin seçilməsi təsadüfi deyil. Belə ki, 1946-cı il fevralın 13-də BMT-nin mənzil-qərargahında BMT radiosu ilk dəfə efirə çıxıb.

Ümumdünya Radio Günü bütün radio həvəskarları – istər iri şirkətlər, istərsə də ayrı-ayrı şəxslər arasında əməkdaşlığı möhkəmlətmək və informasiyadan hamının istifadə etməsi imkanlarını artırmaq məqsədi ilə keçirilir.

Kinematoqrafiyanın banisi olan fransalı Ogüst Lümyer qardaşı Lui Lümyer ilə birlikdə hərəkətli təsvir əldə etmək üçün “Kinematoqraf” və ya “Sinmatoqraf” adlı aparatı kəşf ediblər.

Bununla da dünya kinematoqrafiyasının əsası qoyulub.

İlk pullu kinoseansın açılışı həmin ilin dekabrında Parisdə məhz Lümyer qardaşları tərəfindən həyata keçirilib.

1990-cı il. Almaniyanın birləşdirilməsi ilə bağlı razılıq əldə olunub.

Bu razılaşmaya əsasən birləşdirilmə prosesi həmin il sentyabrın 12-də ABŞ, Böyük Britaniya, Sovet İttifaqı, Fransa, Almaniya Federativ Respublikası və Almaniya Demokratik Respublikası tərəfindən imzalanmış sazişə əsasən həyata keçirilib.
 





13.02.2017    çap et  çap et