525.Az

Bakıda itkin düşən məktəblilərdən ikisi tapıldı


 

Bakıda itkin düşən məktəblilərdən ikisi tapıldı<b style="color:red"></b>

Bakıda itkin düşən məktəblilərdən ikisi tapılıb.

Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, iki gün əvvəl itkin düşən, 204 saylı orta məktəbin şagirdləri, 2002-ci il təvəllüdlü Əmənov İmran Bəxtiyar oğlu və 2003-cü il təvəllüdlü Ağayev Nicat Cəmil oğlu tapılaraq ailələrinə təhvil veriliblər.
 
Aprelin 16-da məktəbə getmək adı ilə evdən çıxan və  bir daha geri qayıtmayan, Xətai rayonu A. Qurbanov küçəsi, 25 ünvanında yaşayan, 1999-cu il təvəllüdlü Əfsanə Mirmövsümovanın axtarışları isə davam etdirilir.

 





18.04.2013    çap et  çap et