525.Az

Qazax camaatı Sərdar Cəlaloğluna qarşı ayağa qalxdı


 

Qazax camaatı Sərdar Cəlaloğluna qarşı ayağa qalxdı<b style="color:red"></b>

Sıravi vətəndaşlardan imza toplanılır

“Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun Xalq şairi Səməd Vurğunu təhqir etməsi, onun haqqıda “dılğır” ifadəsi işlətməsi Qazaxda böyük etiraza səbəb olub. ADP sədrinin çıxışı qazaxlıları hiddətləndirib və onlar Azərbaycan Yazıçılar Birliyinin Qazax Şöbəsinə toplaşıblar.
Artıq rayonun əksər kəndlərində də bununla bağlı toplantılar keçirilir və imzatoplama kampaniyası başlayıb.

Sıravi rayon sakinlərindən tutmuş ziyalılara kimi, hər kəs Sərdar Cəlaloğlunun bu hərəkətini pisləyir”.

Bu barədə Modern.az saytına “Şərq” qəzetinin baş redaktoru, əslən qazaxlı Akif Aşırlı məlumat verib.

O bildirib ki, Qazax Xeyriyyə Cəmiyyətinin üzvləri və qazaxlı ziyalılar yaxın günlərdə Bakıda toplanaraq Fəxri Xiyabanda Səməd Vurğunun məzarını ziyarət edəcəklər. Xalq şairinin məzarı önündə onun şeirlər külliyyatı yad ediləcək, qəbri üstünə gül dəstələri qoyulacaq..

A.Aşırlı qeyd edib ki, bu qərar Qazax Xeyriyyə Cəmiyyətinin toplantısında verilib. Qazax sakinləri Sərdar Cəlaloğludan işlətdiyi təhqiramiz ifadəyə görə üzr istəməsini tələb ediblər:
“Ancaq belə görünür ki, partiya rəhbəri son açıqlamalarında üzr istəmək əvəzinə çıxışlarını əvvəlki ampluada davam etdirir. Qazaxlılar hesab edirlər ki, bu, ən azından mənəviyyatdan uzaq açıqlamalardır”.

 





18.04.2013    çap et  çap et