525.Az

Bakıda sərnişin avtobusları toqquşub, 10 nəfər xəsarət alıb


 

Bakıda sərnişin avtobusları toqquşub, <b style="color:red">10 nəfər xəsarət alıb</b>

Bakıda iki sərnişin avtobusu toqquşub.
 
Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bayıl qəsəbəsində qeydə alınıb. 88 və 147 saylı xətt avtobuslarının toqquşması nəticəsində 10 nəfər xəsarət alıb.
 
Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasından APA-ya verilən məlumata görə, vəziyyəti ağır olan 7 yaralı xəstəxanaya yerləşdirilib, üç nəfərə isə hadisə yerində ilkin tibbi yardım göstərilib və onlar evə buraxılıb. 

Yaralananların bəzilərinin adları məlum olub.

APA-nın məlumatına görə qəza nəticəsində xəsarət alan 35 yaşlı Ruslan Nəsirov Respublika Klinik xəstəxanasına, 22 yaşlı İbrahim Məhərrəmov və 53 yaşlı Böyükağa Orucov Klinik Tibbi Mərkəzə yerləşdirilib.
 
Klinik Tibbi Mərkəzdən verilən məlumata görə, qəza nəticəsində xəsarət alanların vəziyyəti ağırdır
 
Faktla bağlı araşdırma aparılır.

 





18.04.2013    çap et  çap et