525.Az

Gəncədə məktəb şagirdləri etiraz aksiyası keçirib


 

Gəncədə məktəb şagirdləri etiraz aksiyası keçirib<b style="color:red"></b> Bu gün günorta saatlarında Gəncə şəhərində 31 saylı orta məktəbin şagirdləri etiraz aksiyası keçiriblər.

525.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, şagirdlər məktəbin yaxınlığından keçən avtomobil yolunu - Nəriman Nərimanov prospektini bağlayıblar.

Şagirdlər təhsil aldıqları məktəbin direktorunun vəzifədən uzaqlaşdırılmasına etiraz edərək onun vəzifəsinə bərpa edilməsini tələb ediblər.

Polislərin müdaxiləsindən sonra şagirdlər yolu açıblar. Hazırda yolda avtomobillərin hərəkəti tam bərpa edilib.
 
Hadisədən dərhal sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev 31 saylı məktəbə gələrək şagirdlərlə söhbət edib, onların problemləri ilə maraqlanıb.

Gəncə şəhər İcra Hakimiyyətindən hadisə ilə bağlı hələki rəsmi məlumat verilməyib.
 





18.04.2013    çap et  çap et