525.Az

Azərbaycan Fövqəladə Hallar və Avstriya Daxili İşlər nazirlikləri birgə təlimlərdə


 

Azərbaycan Fövqəladə Hallar və Avstriya Daxili İşlər nazirlikləri birgə təlimlərdə<b style="color:red"></b> Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Avstriya Respublikası Federal Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq çərçivəsində bu il fevralın 12-dən Qəbələdə qar uçqunlarında axtarış-xilasetmə, həmçinin xizəksürmə hazırlığı üzrə təlimlərə başlanıb.
 
FHN-dən 525.az-a verilən məlumata görə, təlimlərə nazirliyin Şimal-qərb Regional Mərkəzinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Təlim iştirakçılarına avstriyalı mütəxəssislər tərəfindən qar uçqunları altında qalanların axtarışı və xilas edilməsi, ekstremal şəraitdə davranış və dağ relyeflərində xizəksürmə üzrə hazırlıq məşqləri keçiriləcək.
 
Təlimlər fevral ayının 19-dək davam edəcək.
 





13.02.2017    çap et  çap et