525.Az

Bədən Tərbiyəsi və İdman Akademiyasında 2 ixtisasın tədrisi ingiliscə aparılacaq


 

Bədən Tərbiyəsi və İdman Akademiyasında 2 ixtisasın tədrisi ingiliscə aparılacaq<b style="color:red"></b> Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) yeni yaradılan "İdman jurnalistikası" və "İdman tibbi və reabilitasiya" magistr ixtisasları üzrə tədris ingilis dilində aparılacaq".

APA-nın xəbərinə bunu ADBTİA-nın rektoru Fuad Hacıyev deyib.
 
Onun sözlərinə görə, yeni yaradılmış magistratura ixtisaslarında dərsləri Böyük Britaniyanın Şeffild Hallam Universiteti, Qlazqo Universiteti və Köln Universitetinin müəllimləri tədris edəcəklər.
 
Rektor qeyd edib ki, artıq İdman tibbi laboratoriyasının tikintisi yekunlaşır: "Eyni zamanda, idman tibbi avadanlıqları sifariş edilib. Bundan başqa, Akademiyada idman jurnalistikası tədris studiyası tikiləcək: “Qeyd edim ki, biz nə həkim, nə də jurnalist hazırlayacağıq. Bunu xüsusi vurğulamaq istəyirəm. Sadəcə, ingilis dilini İELTS 6 səviyyəsində bilən, müvafiq olaraq ali məktəbləri bitirənlər yeni yaradılmış magistr ixtisaslarında təhsil ala biləcəklər".
 
F. Hacıyev deyib ki, magistr proqramlarına plan yeri və qəbulun vaxtı aidiyyəti qurumların müvafiq qərarlarından sonra məlum olacaq.
 
Qeyd edək ki, Nazirlər Kabinetinin 36 nömrəli qərarı ilə "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların təsnifat"ında dəyişikliklər edilib. Dəyişikliyinə əsasən, ADBTİA-da yeni 2 magistr ixtisası yaradılıb.
 





13.02.2017    çap et  çap et