525.Az

İntensiv yağışlar sürüşmə sahələrini aktivləşdirib


 

İntensiv yağışlar sürüşmə sahələrini aktivləşdirib<b style="color:red"></b>

Son günlər intensiv yağan yağıntılar nəticəsində Böyük Qafqazın cənub-şərqindəki (Ağsu aşırımında, Şamaxı, Qobustanın şimalı) sürüşmə sahələrində ciddi aktivləşmə var.

Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun landşaftşünaslıq və landşaftların planlaşdırılması şöbəsinin aparıcı elmi işçisi Mirnuh İsmayılov deyib.
 
Onun sözlərinə görə, Ağsu aşırımında maşınların hərəkətinə kifayət qədər məhdudiyyət qoyulub, amma sürüşmə prosesi yenə də davam edir: “İntensiv yağıntılar süxurların tərkibindəki nəmliyi, bu isə öz növbəsində süxurların ağırlıq qüvvəsini artırır. Nəticədə ağırlıq qüvvəsi süxurlararası əlaqəni qırır və sürüşmə aktivləşir. Son yağıntılar Şamaxının Muğanlı kəndindəki sürüşmə sahələrini də aktivləşdirib. Qobustan şəhərinin şimalı əsasən meylli yamaclardan ibarətdir. Bu yamaclarda intensiv otarma və bitki örtüyünün məhv olması da sürüşmələrin aktivləşməsinə təkan verib. Xüsusilə Bakı-Şamaxı yolunda ciddi yenidənqurmalara ehtiyac var. Orada 3 yerdə çox təhlükəli sürüşmə sahəsi var”.

 





18.04.2013    çap et  çap et