525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b> 1956-cı il. Azərbaycan televiziyasının yarandığı gündür.

Həmin gün Bakı telestudiyasından televiziya yayımı başlanıb.

Əvvəlcə həftədə üç dəfə yayım olub. 1957-ci ildən həftədə beş dəfə ikisaatlıq proqram efirə çıxıb.

2005-ci ildən Azərbaycan televiziyası fasiləsiz işləyir.
 
1992-ci il. Azərbaycan Hərbi Hava Qüvvələrinin ilk bölməsi yaradılıb.

Prezidentin 1992-ci il 14 sentyabr Fərmanı ilə 14 fevral Azərbaycan Hərbi Hava Qüvvələri Günü elan edilib.

1956-cı il. Moskvada Sov.İKP-nin XX qurultayı açılıb.

Qurultayın əsas hadisəsi fevralın 25-də baş verib. Həmin gün Sov.İKP MK-nın birinci katibi Nikita Xruşşov “Şəxsiyyətə pərəstiş və onun nəticələri haqqında” adlı məşhur məruzəsi ilə çıxış edib.

1876-cı il. Şotland mənşəli amerikalı Aleksandr Qraham Bell ixtira etdiyi və telefon adlandırdığı aparat üçün ABŞ Patentlər Bürosuna müraciət edib.

Elə həmin il aparat Filadelfiyada Ümumdünya sərgisində nümayiş etdirilib.

İxtiraçı mister Bellə həmin vaxt başqa yerdə olan Danimarka şahzadəsinin “Olum, ya ölüm?” monoloqunun aparatın ruporundan eşidilməsi münsiflər heyətini heyrətə salıb.
 





14.02.2017    çap et  çap et