525.Az

I Mədəni irs olimpiadasının ikinci mərhələsinin nəticələri elan olunub


 

I Mədəni irs olimpiadasının ikinci mərhələsinin nəticələri elan olunub<b style="color:red"></b>

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək  İctimai Birliyi və Azərbaycan Milli Elmlər Akademiyası  Mərkəzi Elmi Kitabxanası tələbələr arasında I Mədəni irs olimpiadasının ikinci mərhələsini keçirib.

525.az-ın məlumatına görə, müsabiqəyə Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Rəssamlıq Akademiyası, Azərbaycan Avrasiya Universiteti, Azərbaycan Turizm İnstitutu, AMEA Milli Azərbaycan Tarixi Muzeyi və AMEA Tarix İnstitutundan olan tələbə, magistr və aspirantlar qoşulublar.
Mərkəzi Elmi Kitabxananın oxu zalında keçirilən olimpiadanı Kitabxananın direktoru, filologiya elmləri doktoru, professor Aybəniz Əliyeva-Kəngərli açıq elan etmişdir. O, olimpiadanın gənclərin mədəni irs biliklərinin möhkəmləndirilməsi və yoxlanılması ilə yanaşı, mədəni irsə ictimai münasibətin formalaşmasına və geniş yayılmasına şərait yaradacağını vurğulayıb. Suallardan çox razı qaldığını və hər sualın böyük məna daşıdığını, gənclərin bu suallar əsasında yeni biliklər də əldə edəcəklərinə inandığını qeyd edib.

MİRAS İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli I Mədəni İrs Olimpiadasının keçirilməsində əvvəlcə tərəddüd etdiklərini, yaranan marağı nəzərə alaraq işi gələcəkdə daha da genişləndirəcəklərini bildirib. Olimpiadanın komitələrində təmsil olunan bütün insanlara minnətdarlıq edərək mədəni irsin təbliğində və maarifləndirmə işlərinin aparılmasında səyləri davam etdirməyə çağırıb.
Daha sonra Olimpiada iştirakçıları 3 variantda təqdim olunan sualları cavablandırmışlar. 30 sualın yarısına cavab verən iştirakçılar III mərhələyə keçib.

Aprelin 17-də suallar yoxlanılmış, aşağıdakı iştirakçıların III mərhələyə keçdiyi məlum olub:
Arzu Bəxtiyarzadə, Şəfa Mövsümov, Şahin Ağayev, Məhəmməd Həsənov, Sülhəddin Ələsov, Aidə İsmayılova, Mehbarə Abbasova, Aida Bayramova, Nicat Əhmədli, Rizvan Məmmədov, Tural Əliyev, Fəridə Əliyeva, Gülnar Quliyeva, Kamil Məhəmmədli, Alı Alızadə, Naim Süleymanov, Vəfa Nəhmətova

GÜNEL

 





18.04.2013    çap et  çap et