525.Az

İranda növbəti güclü zəlzələ Azərbaycanda da hiss olunub


 

İranda növbəti güclü zəlzələ Azərbaycanda da hiss olunub<b style="color:red"></b>

 İran İslam Respublikasının ərazisində yenidən güclü zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, zəlzələ bu gün saat 15.39-da Naxçıvandan 82 km cənub-qərbdə, İran İslam Respublikasının ərazisində Mərənddən 26 km qərbdə qeydə alınıb. Zəlzələnin maqnitudası 5.20, dərinliyi 10 km olub.
 
Zəlzələ Naxçıvan və Ordubad ərazisində 3 bala qədər hiss olunub.

 





18.04.2013    çap et  çap et