525.Az

Azərbaycanda qanunsuz tələbə qəbulu ilə məşğul olan dəstə aşkarlanıb


 

Azərbaycanda qanunsuz tələbə qəbulu ilə məşğul olan dəstə aşkarlanıb<b style="color:red"></b> Vətəndaşların ali təhsil müəssisələrinə qanunsuz qəbulunu təşkil edən müəssisələr barədə Təhsil Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən 525.az-a daxil olan məlumatda bildirilir ki, müəyyən edilib ki, Bakı şəhərində fəaliyyət göstərən “İNFO-RTM” MMC və “İnnovasiya” MMC-nin vəzifəli şəxsləri qulluq səlahiyyətlərindən  qulluq mənafelərinə qəsdən zidd olaraq 2009-2010-cu illərdə Rusiya Federasiyasının İnformasiya Texnologiyaları İnstitutunun vasitəçiliyi ilə 400-ə yaxın ölkə vətəndaşlarının müxtəlif ixtisaslar üzrə Rusiya Dövlət Maşınqayırma İnstitutuna, 500-ə yaxın vətəndaşın isə Rusiya Federasiyasının Humanitar Akademiyasına qanunsuz qəbulunu təşkil etməklə vətəndaşların və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurub.
 
Fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə  cinayət işi başlanıb.
 
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
 





18.04.2013    çap et  çap et