525.Az

“Nokia” məşhur 3310 telefon modelinin istehsalını bərpa edir


 

“Nokia” məşhur 3310 telefon modelinin istehsalını bərpa edir<b style="color:red"></b> “Nokia” brendinə sahib olan Finlandiyanın “HMD Global Oy” şirkəti “Mobile World Congress” sərgisində vaxtilə  məşhur “Nokia 3310” mobil telefon modelinin müasir versiyasını təqdim etməyi planlaşdırır.
 
APA-nın “VentureBeat”a istinadən verdiyi xəbərə görə, 2000-ci illərin əvvəlində məşhur olan telefonun qiyməti 59 avro təşkil edəcək.
 
Şirkətin məlumatında bildirilir ki, nostalji hisslər yaşadacaq “Nokia 3310” müştərilər tərəfindən ikinci telefon kimi əldə ediləcək.   
 
Bundan başqa, sərgidə Nokia 3  (€149), Nokia 5 (€199) və Nokia 6 (€249) smartfon modelləri də təqdim ediləcək.
 





15.02.2017    çap et  çap et