525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b> 1989-cu il. Sovet İttifaqı bütün qoşunlarının Əfqanıstandan çıxarıldığını rəsmən elan edib.

Bununla da 1979-cu ilin dekabrından davam edən qanlı sovet-əfqan müharibəsi başa çatıb.

1564-cü il. İtalyan alimi, mexaniki, fiziki, astronomu, riyaziyyatçısı, müasir fizika və astronomiya elmlərinin və elmi düşüncənin banilərindən biri olan Qalileo Qaliley anadan olub (1564-1642).

Q.Qalileyin adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

1991-ci il. Çexoslovakiya, Macarıstan və Polşa arasında azad bazar sisteminin qurulması istiqamətində əməkdaşlığa dair Vişeqrad müqaviləsi imzalanıb.

Hazırda Vişeqrad qrupuna Çexiya, Slovakiya, Macarıstan və Polşa daxildir.

1999-cu il. Keniyanın paytaxtı Nayrobidə yaxalanan PKK terror təşkilatının lideri Abdullah Öcalan Türkiyə təhlükəsizlik qüvvələrinə təhvil verilərək ölkəyə gətirilib.

A.Öcalan məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib.

2010-cu il. Belçika tarixində ən dəhşətli qatar qəzası baş verib.

Ümumilikdə 300-dək sərnişin daşıyan iki qatarın toqquşması nəticəsində 18 nəfər həlak olub, 162 nəfər yaralanıb.
 
2013-cü il. Rusiyanın bir neçə bölgəsində meteorit düşməsi baş verib.

Meteoritin zərbə dalğası bir neçə binanın şüşələrini sındırıb. Ümumilikdə mindən çox adam xəsarət alıb.
 





15.02.2017    çap et  çap et