525.Az

"Discovery Azerbaijan"ın yeni sayı


 

"Discovery Azerbaijan"ın yeni sayı <b style="color:red"></b>

Qışın oğlan çağını yaşadığımız bu günlərdə, soyuq havaların içimizi soyuda bilmədiyi bu məqamda "Discovery Azerbaijan" jurnalının sizlər üçün hazırladığı, topladığı materiallar, söz boğçası daha çox qış nəfəsli, qış ovqatlıdır.

Dünyanın ən məşhur qış turizm mərkəzlərindən, qış aylarında gedilməli turistik istiqamətlərdən xəbərlər jurnalın yeni sayında yer alıb. "Görəsən, bu qış yolumu haradan salım?", - deyə düşüncələrə qərq olarkən bir yandan da jurnalda yer alan qış ab-havalı filmlərə nəzər salıb qışı iliklərinizə kimi hiss edəcəksiniz. Dünyanın ən məşhur restoranlarına virtual səfər edib tarixi 5 min öncəyə dayanan xizəksürmənin incəliklərini öyrənəcəksiniz.

Ölkəmizin "Şimal qapıları sayılan" Qusarın kəndlərini qarış-qarış gəzəcək, "Qusarda Şahdağdan başqa nə var ki?!", - deyənlərin düşüncəsi dəyişəcək.

Qusardan millət vəkili seçilən Azər Badamovla söhbətdə də "Şahdağ" qış turizm mərkəzinin açılmasının rayonun həyatında nə qədər önəmli rol oyandığı eninə-boyuna müzakirə edilir.

Türkiyənin Azərbaycandakı yeni səfiri Erkan Özoral və xanımı Məltəm Özoral isə Səfirlik iqamətgahının qapılarını jurnalın üzünə açaraq, səmimi söhbətləri, Azərbaycana olan sevgiləri ilə qış nəfəsli jurnala bir istilik bəxş ediblər.

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədovla birlikdə isə "Uzaqdakı bizimkilər" yada salınıb. Jurnalın yeni sayında tarixi türk torpaqları Krımı da qarış-qarış gəzəcəksiniz. "Ənənədən müasirliyə" tanınmış modelyer-dizayner, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın  türk qadın geyimlərinə nəzər salaraq gözlərinizə və ruhunuza dinclik verəcəksiniz.

Qusara səfər edəsən, amma Qusarda çəkilən filmi - "Tütək səsi"ni yada salmayasan? Qusarın "Tütək səsi"li günlərini xatırlayıb mənəvi varlığımız muğamın sehrinə qapılacaqsınız.

Azərbaycanın ən gənc tibb elmləri doktoru Tural Qəlbinuru əməliyyat masasından kənarda, qarlı dağların başında tapacaq, tanınmış oftalmoloqu bu dəfə səyyah kimi tanıyacaqsınız.

 





15.02.2017    çap et  çap et