525.Az

Azərbaycan Ordusunun zabiti həlak olub- rəsmi məlumat


 

Azərbaycan Ordusunun zabiti həlak olub- <b style="color:red">rəsmi məlumat</b>

Müdafiə Nazirliyi Naxçıvanda zabitin ölümü ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən daxil olan məlumatda bildirilir ki, aprelin 19-da gecə saat 03.00 radələrində Naxçıvanda yerləşən N saylı hərbi hissənin əsgəri Şahverdiyev Rafael Əli oğlunun tabeliyində olan silahdan açılan atəş nəticəsində baş leytenant Məmmədov Elşən Mübariz oğlu dünyasını dəyişib.
 
Fakt üzrə cinayət işi başlanıb, araşdırma aparılır.
 
 
 
***
 
Saat 10:32

Azərbaycan Ordusu daha bir hərbçisini itirib.

APA-nın məlumatına görə, hadisə Naxçıvan Muxtar Respublikasında qeydə alınıb.
 
Müdafiə Nazirliyinin “N” saylı hərbi hissənin əsgəri Şahverdiyev Rəfail Əli oğlunun əlindəki silahdan ehtiyatsızlıqdan açılan atəş həmin hərbi hissənin zabiti, baş leytenant Məmmədov Elşən Mübariz oğluna dəyib. Nəticədə zabit aldığı güllə yarasından dünyasını dəyişib.

 





19.04.2013    çap et  çap et