525.Az

Bakıda yol qəzası baş verdi: 1 ölü, 5 yaralı


 

Bakıda yol qəzası baş verdi:<b style="color:red"> 1 ölü, 5 yaralı</b>

Bakıda baş verən zəncirvari yol qəzasında xəsarət alanlardan biri ölüb.

Klinik Tibbi Mərkəzdən APA-ya verilən məlumata görə, hadisə nəticəsində aldığı xəsarətlə xəstəxanaya daxil olan bir nəfər dünyasını dəyişib. Ölən şəxsin adı hələlik məlum deyil.
 
Qəzada aldığı xəsarətlə xəstəxanaya daxil olan digər 5 nəfərin müalicəsi davam etdirilir.
 
Onların vəziyyəti ağır olduğu üçün şəxsiyyətlərini müəyyənləşdirmək hələlik mümkün olmayıb. 
 
Qeyd edək ki, bu gün səhər saatlarında Bakı Dairəvi Yolunda, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin yaxınlığında 5 “Mercedes” və 1 “Mitsubishi Pajero” markalı maşınların toqquşması ilə nəticələnən zəncirvarı qəza baş verib.

 





19.04.2013    çap et  çap et