525.Az

Nazirlik: "Qiymətlər sərbəst buraxılsa..."


 

Nazirlik: "Qiymətlər sərbəst buraxılsa..."<b style="color:red"></b> “Tənzimlənmədən əvvəl dərman vasitələrinin qiymətinin formalaşması bazara uyğun deyildi”.

APA-nın xəbərinə görə, bunu iqtisadiyyat nazirinin müşaviri Manaf Bayramov deyib.
 
Onun sözlərinə görə, ölkədə tənzimlənmədən qabaq dəyəri 2 manata olan Hindistan istehsalı dərman 15 manata, həmin tərkibdən olan Almaniya istehsalı dərman isə 4 manata satılıb:
 
“Bəzən mətbuatda belə fikirlər səslənir ki, dərman vasitələrinin qiymətinin tənzimlənməsi sərbəst buraxılsa, yaxşı olar. Dərman vasitələrinin qiyməti sərbəst buraxılsa, qiymət ucuzlaşmayacaq, əksinə bahalaşacaq”.
 





16.02.2017    çap et  çap et