525.Az

Əhməd Sami Elaydi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda


 

Əhməd Sami Elaydi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda<b style="color:red"></b>

Bu gün Misirin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda olub.

Fonddan 525.az-a verilən məlumata görə, görüşdə fondun prezidenti Günay Əfəndiyeva fondun Türk dünyasına xas irs və mədəniyyətin qorunması və təbliği ilə bağlı əsas fəaliyyət istiqamətləri, eləcə də gələcək planları barədə məlumat verib.

G.Əfəndiyeva həm türk dünyası mədəniyyətinin, həm də ümumərəb mədəniyyətinin bütövlükdə bəşər sivilizasiyasına verdiyi töhfəni vurğulamışdır. 

O, prezident İlham Əliyevin sərəncamına əsasən 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli”nin elan edilməsinin əhəmiyyətinə toxunub, İslam dininin yüksək mənəvi dəyərləri təbliğ etdiyini, İslamın terrorla eyni tutulmasının yanlış olduğunu qeyd edib.

Ə.Sami öz növbəsində bildirib ki, türk və ərəb dünyasına məxsus mədəni mirasın təşviq edilməsi vacibdir və o, bu sahədə Fond ilə Mərkəz arasında qarşılıqlı əməkdaşlığın inkişafına inanır. 

Ə.Sami “İslam Həmrəyliyi İli” çərçivəsində Fond ilə birlikdə müştərək layihə və tədbirlərin həyata keçirilməsini təklif edib.

Görüş zamanı Ə.Sami tərəfindən G.Əfəndiyevaya Misir Ali Təhsil Nazirliyinin mədəni fəaliyyətin qiymətləndirilməsi üzrə mükafatı təqdim edilib

 





16.02.2017    çap et  çap et