525.Az

Leyla və Arzu Əliyeva Parisdə (Fotolar)


 

Leyla və Arzu Əliyeva Parisdə <b style="color:red"> (Fotolar)</b>

“Yarat!” Müasir İncəsənət Məkanı Azərbaycan incəsənəti ilə bağlı həyata keçirilən layihələrin davamı olaraq daimi tərəfdaşı Heydər Əliyev Fondu ilə birlikdə aprelin 18-də Parisin mərkəzində yerləşən Azərbaycan Mədəniyyəti Mərkəzində müasir Azərbaycan incəsənətinə həsr olunan “Home, sweet home” (“Doğma ev”) mövzusunda sərgi təşkil edib.

Sərgidə 25 rəssamın 90 əsəri nümayiş etdirilir. Tamaşaçılar Leyla Əliyeva, Aida Mahmudova, Müseyib Əmirov, Vüqar Muradov, Sitarə İbrahimova, Altay Sadıqzadə, Fəxriyyə Məmmədova, Fidan Seyidova, Fərid Rəsulovun və digərlərinin müasir və minatür əsərləri ilə tanış olmuşlar. Sərgidə Leyla Əliyevanın “Beyin”, Aida Mahmudovanın “Yenidən emal” (“Recycle”), Altay Sadıqzadənin “Pilləkənin başında”, Fərid Rəsulovun “Anonim” əsərləri xüsusi maraqla qarşılanıb.

Sərgini açan Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov bu sərginin müxtəlif mədəniyyətlərin və sivilizasiyaların arasında yerləşən Azərbaycan mədəniyyəti və zəngin dəyərləri ilə fransızlara yaxından tanıtmaq məqsədilə təşkil edildiyini, sərginin mədəniyyət mərkəzində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə ilk dəfə nümayiş etdirildiyini diqqətə çəkib.

“Yarat” Müasir İncəsənət Məkanının təsisçisi Aida Mahmudova rəhbərlik etdiyi qurumun Heydər Əliyev Fondunun tərəfdaşlığı ilə təşkil olunan “Doğma ev” adlı sərginin fəaliyyəti baradə söz açıb. Sərginin Azərbaycanın gənc rəssamlarının əsərlərini dünyaya çatdırmaq məqsədi daşıdığını, təşkilat tərəfindən artıq bir neçə belə sərginin artıq Rusiya, İtaliya, Birləşmiş Ərəb Əmirliklərində təşkil edildiyini diqqətə çatıb.

Parisdə ilk dəfə azərbaycanlı rəssamların əsərlərindən ibarət sərginin nümayiş etdirildiyini vurğulayan A.Mahmudova “Yarat” Müasir İncəsənət Məkanının digər təşkilatlarla əməkdaşlıq etdiyini, belə tədbirlərin gələcəkdə də davam etdiriləcəyini bildirib. “Doğma ev” sərgisi rəssamların doğma evlə bağlı hissləri tamaşa edəcəyiniz əsərlərə köçürüb.

Sərginin açılışında iştirak edən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva sərgi ilə yaxından tanış olub. Sərgidə Fransanın dövlət və hökumət rəsmiləri, senatorlar və deputatlar, ictimaiyyətin nümayəndələri, Parisdə akkreditə olunmuş diplomatik korpusun əməkdaşları, diasporumuzun təmsilçiləri, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.









 





19.04.2013    çap et  çap et