525.Az

"Hasarın o üzü" 25-ci dəfə səhnədə


 

"Hasarın o üzü" 25-ci dəfə səhnədə<b style="color:red"></b>

Fevralın 19-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının cari repertuarında olan "Hasarın o üzü" tamaşası 25-ci dəfə göstəriləcək.

Teatrdan AZƏRTAC-a bildirilib ki, bu səhnə əsəri tanınmış yazıçı-dramaturq Əli Əmirlinin eyniadlı əsəri əsasında hazırlanıb.

Tamaşanın quruluşçu rejissoru Bəhram Osmanov, quruluşçu rəssamı İsmayıl Məmmədov, bəstəkarı Səyavuş Kərimidir.

Bir ailə daxilində, dinə ikili münasibətdən bəhs edən kəskin konfliktli, iti süjetli səhnə versiyası olaraq düşünülmüş tamaşada dinə baxış, insan mənəviyyatı, əxlaq prinsipləri, milli mentalitet və cəmiyyətin bu dəyərlərə münasibəti bir ailə çərçivəsində bütün kəskinliyi ilə bədii obrazlar vasitəsilə önə çəkilir.

Tamaşada rolları Xalq artistləri Həmidə Ömərova, Nurəddin Mehdixanlı, gənc və istedadlı aktrisalar Şəbnəm Hüseynova, Günel Məmmədova, Asya Atakişiyeva və Səbinə Məmmədova canlandıracaqlar.

 





16.02.2017    çap et  çap et