525.Az

Azərbaycanın beynəlxalq axtarışa verdiyi İsrail vətəndaşı Tiflisdə həbs olunub


 

Azərbaycanın beynəlxalq axtarışa verdiyi İsrail vətəndaşı Tiflisdə həbs olunub<b style="color:red"></b>

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən axtarışda olan İsrail vətəndaşı Erik Fərəcov Tiflisdə saxlanıb.

APA-nın İzrus saytına istinadən yaydığı məlumata görə, 46 yaşlı İsrail vətəndaşı barədə 2013-cü il martın 28-də beynəlxalq axtarış elan olunub. O qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda və vergilərdən yayınmaqda ittiham olunur.
 
Erik Fərəcov Tiflis beynəlxalq aeroportunda saxlandıqdan sonra Gürcüstan tərəfi İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosundan həbs haqda əmr alıb. Bu sənədə əsasında Erik Fərəcov 90 gün ekstradisiyaqabağı həbsdə saxlanacaq.
 
Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat katibi Nino Qiorqobiani bildirib ki, müəyyən olunmuş müddətdə Bakıdan ekstradisiyaya dair sənədlər göndərilməlidir, yalnız bundan sonra işlə bağlı məhkəmə prosesi təyin ediləcək.
 
Erik Fərəcov axtarışa verildikdən 10 gün sonra Tiflisdən İsrailə uçan təyyarəyə minərkən saxlanıb.

 





19.04.2013    çap et  çap et