525.Az

"Rosneft" və SOCAR danışıqları dondurdu


 

"Rosneft" və SOCAR danışıqları dondurdu<b style="color:red"></b> "Rosneft" və SOCAR "Abşeron" yatağı üzrə aktiv danışıqlar aparmır.

"APA-Economics" xəbər verir ki, bunu "Rosneft"in departament direktoru Kris İnçkomb "Interfax" agentliyinə müsahibəsində bildirib.
 
"Sözügedən yataqla bağlı aktiv danışıqlar getmir. Lakin biz Xəzər dənizindəki başqa layihələrin qiymətləndirilməsini davam etdiririk", - deyə o bildirib.
 
Bundan öncə SOCAR prezidenti Rövnəq Abdullayev Ümumdünya Enerji Forumunda bildirib ki, "Rosneft" "Abşeron" yatağına maraq göstərir. SOCAR prezidenti əlavə edib ki, "Rosneft" SOCAR-ın yalnız "Abşeron" üzrə tərəfdaşı deyil.
 
SOCAR-ın hesablamalarına görə, adıçəkilən yatağın ehtiyatları 150-300 mlrd. kubmetr təşkil edir. Layihənin səhmdarları SOCAR, "Total" (hər biri 40%) və "GDF Suez" (20%) şirkətləridir.
 





16.02.2017    çap et  çap et